Bu ölkə Ukrayna üçün Avropaya 50 personal göndərir
Yeni Zelandiyanın baş naziri Casinda Ardern Ukraynaya dəstək üçün 50 hərbçi və “C-130 Hercules” təyyarəsinin Avropaya göndəriləcəyini açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Ardern qlobal sabitlik üçün Avropa regionunda sülhün zəruri olduğunu və Yeni Zelandiyanın dəstəyinin məqsədinin Ukraynaya Rusiyanın hücumlarını dəf etməkdə kömək etmək olduğunu bildirib.
Bir ölkəyə edilən bu hücumun hər kəs üçün “təhdid” olduğunu vurğulayan Ardern, bu vəziyyətdə Yeni Zelandiyanın da rol oynamalı olduğunu qeyd edib.
Bildirilib ki, aprelin 13-də Yeni Zelandiyadan havaya qalxması planlaşdırılan təyyarə Ukrayna ərazisinə daxil olmayacaq, avadanlıq və təchizatların paylama mərkəzlərinə daşınması üçün Avropaya yerləşdiriləcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ukrayna ordusu dörd kəndi geri alıb
Sergey Qayday: “Ruslar Luqansk vilayətində ilişib qalıblar”
"Zaporoje istiqamətində uğurlarımız var"
Üzeyir Cəfərov: "Rusiya məşhur filmdə deyildiyi kimi yavaş-yavaş yanır"
Separatçılar Bakıya meydan oxudu - onlara “Vaqner”çilər də təlim keçir?
Azərbaycana 1, Ermənistana 5 hərbi əsir qaytarıldı