Bu obyektlərin fəaliyyəti saat 21:00-dək olacaq
Sabahdan Azərbaycanda restoran və kafelerin iş rejimində dəyişiklik ediləcək.
Minval.info Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadla xəbər verir ki, restoran və kafelərdə iş rejimi saat 21:00-dək müəyyən edilir və müvafiq dövlət strukturları tərəfindən bu məkanlar üçün açıqlanacaq qaydalara riayət olunması mütləqdir. Qərarla restoran və kafelərdə kütləvi şənliklərin, məclislərin təşkili də qadağan edilir və saat 21:00-dan sonra fəaliyyət göstərən klublar və barların fəaliyyəti dayandırılır.
Bundan başqa, ölkə üzrə kinoteatrların, muzey və teatrların, əyləncə mərkəzlərinin, idman zallarının fəaliyyəti dayandırılır.
Qeyd edək ki, 14 mart 2020-ci il saat 00:00-dan etibarən ölkə ərazisində sosial izolyasiya tədbirləri tətbiq olunacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026