Bu əməllər Kərbəlanın mahiyyətinə ziddir – Hacı Şahin
Aşura günü işgəncə ilə bədəndən qan çıxarmaq birmənalı şəkildə dinimizdə qəbul olunmur.
Bu sözləri Axar.az-a açıqlamasında tanınmış ilahiyyatçı Hacı Şahin deyib.
“İmam Hüseyn zorakılığa məruz qalmış şəxsdir. İnsanları zorakılığa, qan tökməyə səsləmək Kərbəla hadisəsinin mahiyyətinə ziddir, dinimizdə haram sayılır. Aşura günü xeyirxah əməllər həyata keçirilməlidir. Belə gündə insanların başından, bədənindən qan çıxarması Kərbəla hadisəsinə qarşı təhqirdir. Bu gün ölkəmizdə vətəndaşlarımızın belə əməllərdən çəkindirilməsi üçün lazımı tədbirlər görülür”, – Hacı Şahin bildirib.
İlahiyyatçının sözlərinə görə, Aşura günü insanları xeyirxahlığa dəvət etmək lazımdır.
“Hər il olduğu kimi ölkəmizdəki məscidlərdə qanvermə aksiyaları keçiriləcək. Səhhətində problem olanlara, talassemiya xəstələrinə qan bağışlanacaq. Aşura günü böyük fədakarlıq günüdür. Belə gündə xeyriyyə addımları atmaq, insanlara həyat bəxş etmək, qan vermək əsas məqsədlərdəndir. Çünki İmam Hüseynin də məqsədi öz canını bəşəriyyət, insanlıq yolunda fəda etmək olub. Ona görə də, qanvermə aksiyası onun amalları ilə səsləşən aksiyadır. Bu aksiyada insanların iştirak etməsi çox təqdirəlayiq addımdır. Hər il məscidlərdə yüzlərlə insan qanvermə aksiyalarında iştirak edir. Bəzi məscidlərdə şərait olmadığı üçün bu aksiya yaxınlıqdakı poliklinikalarda təşkil olunur. Din xadimlərimiz də insanlarımızı bu aksiyada iştirak etməyə səsləyərək, düzgün istiqamətləndirirlər”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?