Bu ilin 8 ayında hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 241 fakt aşkar edilib.

Minval.info xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından bildirilib.

Faktlar üzrə 2 ton 046 kq 571, 315 qr narkotik vasitə və psixotrop maddə müsadirə edilib.

Aşkar edilmiş cinayətlərin 260-ı qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən 1 ton 401 kq 120,574 qr narkotik vasitə,17 kq 299 qr psixotrop maddə və 142,8 qr güclü təsir edən maddə müsadirə edilib.

2021-ci ilin 8 ayı ərzində Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə çəkisi 171 ton 067 kq 903 qr olan yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilib.