Bu gündən seçki bülletenlərinin çapına başlanacaq
Bu gündən Milli Məclisə fevralın 9-da keçiriləcək növbədənkənar seçkilərlə əlaqədar Milli Məclisin Mətbəəsində seçki bülletenlərinin çapına başlanacaq.
Mərkəzi Seçki Komissiyasının (MSK) Media və ictimai əlaqələr şöbəsindən “Report”a verilən məlumata görə, artıq seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydasına dair tələblər MSK-nın qərarına əsasən müəyyənləşdirilib.
Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar isə 5 milyon 387 min 600 ədəd seçki bülleteni çap ediləcək.
Qeyd edək ki, seçki bülletenlərinin çap olunması prosesinin mühafizəsi Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən həyata keçirilir.
Xatırladaq ki, Seçki Məcəlləsinin 99.4-cü maddəsinə əsasən, MSK-nın qərarı ilə müvafiq poliqrafiya müəssisəsi səsvermə gününə ən azı 10 gün qalanadək seçki bülletenlərinin hazırlanmasını təmin etməlidir.
Seçki bülletenlərinin MSK-dan dairə seçki komissiyalarına verilməsi fevralın 4-dək, dairə seçki komissiyasından məntəqə seçki komissiyalarına verilməsi fevralın 6-dək başa çatmalıdır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabah Bakının mərkəzində yollar bağlanacaq - XƏBƏRDARLIQ
Bürclər - 30 aprel
Ramil Quliyev 35 illik rekordu qırdı — Qızıl medal qazandı
Nöqsanlara görə işdən çıxarılan rəisin yerinə təyinat
Bu şirkətlərdən ev almayın – SİYAHI
Deputat: "Yaşayış minimumu və maaş artacaq"
Bakının bu hissəsində yol bağlanır - Sürücülərə xəbərdarlıq