Bu gün jurnalist Elnur Əşrəfoğlunun anım günüdür
Bu gün jurnalist Elnur Əşrəfoğlunun anım günüdür.
“Minval.info” xəbər verir ki, əslən Zəngilan rayonundan olan Elnur Əşrəfoğlu 19 iyun 1974-cü il tarixində anadan olub. Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsini bitirib.
E.Əşrəfoğlu ilk vaxtlar AzTV-nin “7 gün” proqramı üçün kiçik süjetlər hazırlayıb. Sonra “Səhər” proqramında idman şərhçisi kimi çalışıb.
1994-cü ildə AzTV-də müəllifi olduğu “Sport digest” əyləncəli idman televiziya verilişindən sonra məşhurluq qazanıb. Müxtəlif vaxtlarda AzTV-nin “Xəbərlər” Baş redaksiyasında böyük redaktor, “İdman proqramları” Baş redaksiyasında baş redaktor vəzifələrində çalışıb.
1995-ci ildə İsraildə müstəqil Azərbaycanın xarici ölkədən ilk futbol reportajını aparan şərhçi kimi televiziya tarixinə düşüb.
Vaxtilə Azərbaycan Televiziyasında efirə gedən “Zirvəyə doğru: Sidney-2000”, “Afina-2004”, “Pekin zəfərləri”, “Milli Olimpiya Komitəsi-10 il”, “Professor”, “9 nömrəli oyunçu”, “Böyük hokkey”,”Sehrbaz” və daha bir neçə sənədli filmin ərsəyə gəlməsində əməyi olub.
E. Əşrəfoğlu 16 il AzTV-də işləyib.
2000-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinin üzvü, daha sonra “Neftçi” futbol klubunun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri vəzifəsində çalışıb.
2011-ci ilin oktyabr ayında “Space” TV-də İdman departamentinə rəhbər təyin olunub. 2015-ci ildə Azərbaycan Cüdo Federasiyasında baş katibin müavini təyin olunub.
E. Əşrəfoğlu 2021-ci il oktyabrın 19-da 47 yaşında koronavirusdan vəfat edib.
E. Əşrəfoğlu Saray qəsəbəsindəki qəbiristanlıqda torpağa tapışırılıb.
Ailəli idi, iki övladı var.
“Minval.info”
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Media və Yayım Şurasının yeni üzvləri açıqlandı
Modern.az 17 ildir oxucularla birlikdə!
İTV 21 yaşını qeyd edir
Jurnalistlər haqqında yanlış xəbərlər etiraz doğurdu
Mais Ağayev bu tv-yə rəhbər təyin olundu
Space TV-də yeni yüksək vəzifə təyinatı