Bu gecə yenə işıqlar sönəcəkmi? - CAVAB
İyulun 3-də gecə saatlarında qəza baş verən Mingəçevirdə yerləşən “Azərbaycan” İstilik Elektrik Stansiyasının (İES) fəaliyyəti artıq bərpa edilib.Minval.info Report-a istinadən xəbər verir ki, bunu “Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yəhya Babanlı bildirib.
“Hazırda problem həll olunub, enerji sisteminin fəaliyyəti tam şəkildə bərpa edilib. Ölkə üzrə elektrik enerjisinin verilişindəki məhdudiyyət aradan qaldırılıb. Hazırda vəziyyət qənaətbəxşdir. Sistemin dayanıqlığının möhkəmləndirilməsi ilə bağlı digər müvafiq texniki tədbirlərin həyata keçirilməsi davam etdirilir”,-deyə Y. Babanlı qeyd edib.
Onun sözlərinə görə, hazırda ölkə elektrik sisteminin enerji ilə təminatında “Azərbaycan” İstilik Elektrik Stansiyası ilə yanaşı, digər mövcud güclərdən də istifadə edilir.
Qeyd edək ki, Cənubi Qafqazın ən böyük elektrik stansiyası olan “Azərbaycan” İES 8 blokdan ibarətdir.
Prezident İlham Əliyev baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb.
Ötən gün təxminən saat 19 radələrində “Azərbaycan” İstilik Elektrik Stansiyasında baş vermiş qəza səbəbindən təkrar bəzi yerlərdə elektrik enerjisinin verilişdə məhdudiyyətlər yaranıb. Bir neçə saat sonra elektrik enerjisinin verilişi bərpa edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Şahin Şıxlinski və oğlu müxtəlif cəzaçəkmə müəssisələrinə göndərilib
"Arzum 9999" Almaniyaya gedə biləcək? – Hüquqşünas açıqladı
Arzumun azadlığa buraxılması cəmiyyəti iki yerə böldü – Səbəb
Nigar Fərhad haradadır?
"Arzum"un işində barışıq baş tutmayıb: Mərhumun anası razılıq vermir
"Arzum" bu şərtlərlə azadlığa çıxdı