Bu donanma fəaliyyəti ilə məşğul olan gəmilər dənizi çirkləndirir - SİYAHI
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları donanma fəaliyyəti ilə məşğul olan “BUE Caspian” LTD şirkətinə məxsus gəmilərdə monitorinq aparıb.
“Report” xəbər verir ki, bunu idarənin əməkdaşı Nərmin Babaşova deyib.
Onun sözlərinə görə, məqsəd Xəzər dənizinə axıdılan tullantı sularına nəzarət etməkdir. N.Babaşova qeyd edib ki, sözügedən şirkətə məxsus “Citadel”, “Caspian Challenger”, “Caspian Supplier”, “Caspian Provider”, “DMS-2000”, “Caspian Qala”, “Fortress”, “Caspian Voyager” və “Endeavour” gəmilərinin bioloji təmizləyici qurğularına keçirilən baxış zamanı “Caspian Challenger”, “Caspian Voyager” və “Endeavour” gəmilərində təmizləyici qurğuların normalara uyğun işləmədiyi və tullantı sularının təmizlənmədən birbaşa Xəzərə axıdıldığı məlum olub.
N.Babaşovanın sözlərinə görə, aparılan analizlərin nəticələrinə əsasən tullantı sularında çirkləndirici maddələrin miqdarının normadan artıq olduğu müəyyən edilib: “Aşkar olunan pozuntuların aradan qaldırılması üçün “BUE Caspian” LTD şirkətinə xəbərdarlıq edilib ki, Xəzərə axıdılan tullantı sularının qarşısının alınması üçün şirkət tez bir zamanda ciddi tədbirlər görməlidir”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?