"Bu da əcnəbi rəqqasə və bizim bayraq"
“Eurovision 2021” mahnı müsabiqəsinin birinci yarımfinalı da qalmaqalsız ötüşməyib.
Axşam.az xəbər verir ki, həmin məqamlardan biri də Azərbaycan təmsilçisi Samirə Əfəndini səhnədə müşayiət edən rəqqaslardan birinin hərəkəti olub. Belə ki, rəqqasə əl çalan zaman Azərbaycan bayrağını ayaqlarının arasına qoyub. Bu görüntülər sosial şəbəkədə yayılaraq tənqid edilib.
Müğənni Murad Arif məsələ ilə bağlı paylaşım edib. O, “Eurovision” ətrafında yerli çalışanlardan ibarət heyətin yaradılmasını istəyib:
“13 il ərzində, hər il “Avroviziya” nömrələrini xaricdən almışıq. O layihələr xaricdə düşünülüb, yazılıb, tərtib olunub. Mahnısı, beki, rəqqası, mətbuat danışmanı, müğənni meneceri, səhnədə müğənniyə su verəni, taksi çağıranı, köynək ütüləyəni… Hamısı əcnəbidir. Ölkə bazamızda “Eurovision” mütəxəssisləri qrupu hazırlamaq kimsənin ağlına gəlmədi. Ya da ki, sərf etmir? Bir-iki əcnəbilər kömək etdi, başa saldı, bəs öz bazamız, komandamız olmasın?
Ölkəyə yatırım olardı, studiyalar, rəqs qrupları, bekvokal qrupları yaranardı, müəlliflər formatı anlayar, ona uyğun təkliflər verərdi, gənclər maariflənərdi. Yox, xaricdən olsun. Xaricdən… Hər şey xaricdən… Bu da əcnəbi rəqqasə və bizim bayraq”.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Binəqədini sakininin evini su basdı - VİDEO
SON DƏQİQƏ: Yasamalda bina yanır - VİDEO
Final gecəsi nə baş verib? - İTV açıqlama yaydı
Maskadan istifadə etməyən sərnişinlər avtobuslara buraxılmayacaq
Bakıda kişi tanımadığı qadına hücum etdi - VİDEO
Bakının mərkəzində aksiya oldu: Hollandiyalı hakimə görə - VİDEO
Bakıda 9-cu sinifdə oxuyan qız 4 oğlanla cinsi əlaqədə oldu