"Bu boyda həyəsızlıq görməmişdim" - Flora Kərimova
“Çox zarafatçılam. Qızım da hər zaman məndə nöqsan tutur. Deyir ki, birdən səni düz başa düşməzlər. Yaqut (köməkçisi – red.) deyir ki, sən öləndə də zarafat edəcəksən? Deyirəm, ağzımı aça bilsəm, ilk səndən başlayacam”.
Minval.info xəbər verir ki, bu sözləri xalq artisti Flora Kərimova “10-dan sonra” verilişində deyib. Müğənni bildirib ki, hər zaman etdiyi zarafatlar başına bəla olur:
“Flora xanım bədəxt adamdır. Taleyimə görə demirəm bu sözü. Zarafatımın acısı hər zaman özümə yönəlir. Onda deyirəm ki, bəlkə doğrudan beləyəm?”.
ƏLAQƏLİ
Bakıda kinoya çəkilmək istəyən iki qadın zorlandıqlarını iddia edir - ŞOK VİDEO
Kərimova səsləndirdiyi cizgi filmlərindən danışıb. İfaçı “Dedilər ki, “Tık-tık” xanımı Sevil Allahverdiyeva səsləndirib” sözlərinə belə cavab verib:
“Tık-tık xanım”ı mən səsləndirmişəm. Sevil qızım, axı mənim tələffüzüm var. Niyə bunu edirsiz? Belə istedadınız var idisə, niyə başqa bir filmdə səsiniz olmadı? “Qayınana” filmində mahnı oxudum, onu da başqası adına çıxdı. Sonra filmdə Məlikməmməd mahnısını oxudum. Amma xalq üslubunda oxuyan müğənni çıxıb deyir ki, mənim səsimdir. Əlim üzümdə gəzə-gəzə durdum. Bu boyda üzdülük, həyasızlıq görməmişdim”.
Minval.info
ƏLAQƏLİ
Zaur Baxşəliyevlə Rəşad Məcid arasında "TikTok" polemikası: “Dünya süni intellektdən danışır, biz isə...”
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Vəfatından sonra gündəm olan etiraf: "Flora Kərimovanın məhkəmələrində..."
"Pərviz yanağına xətt çəkirdi ki, mənə oxşasın" - Qalmaqal
Nura Suri: “Mədəniyyət Nazirliyində müğənnilərdən yeyinti tələb olunur”
"Nəticə yoxdursa, dövlət niyə kinoya pul ayırsın?"