"Bu addım çox vacibdir“ - İqtisadçı prezidentin "uşaq pulu" tapşırığını şərh etdi
“Azərbaycan Prezidenti 3 yaşınadək uşaqların sosial müdafiəsinin gücləndirilməsi barədə tapşırıq verib. İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) uşaq pulunun bərpası ilə bağlı təkliflərini hökumətə təqdim etməsindən qısa müddət sonra dövlət başçısı tərəfindən belə bir göstərişin verilməsini yüksək qiymətləndiririk”.
Minval.info-nun məlumatına görə, bunu CESD-in rəhbəri Vüqar Bayramov bildirib.
O deyib ki, mərkəzin təkliflərində də uşaqlar yaş qruplarına görə təsnifləşdirilir və 3 yaşınadək uşaqlara daha çox sosial müavinətin verilməsi xüsusi əsaslandırılır:
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
“Bu baxımdan, 3 yaşınadək uşaqlara sosial müavinətin verilməsi uşaqpulunun mərhələli şəkildə bərpası kimi qiymətləndirilməlidir. Bu addım uşaqların sosial müdafiəsi baxımdan çox vacibdir. Qeyd etmək istərdim ki, CESD-nin təklifləri rasional və real imkanlar nəzərə alınmaqla hazırlanıb və sevindirici haldır ki, artıq proses başlayır. Dünən təklifimiz sosial şəbəkədə təqdim olunandan sonra uşaqpulu məsələsində fərqli yanaşmaların şahidi olduq və əslində bunu normal da qarşılayırıq. Amma bu gün başqa reallığı müşahidə etdik: təklifllərimiz mərhələli şəkildə tətbiq olunacaq”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda