Bu adda dünyada bir şəxs var, o da azərbaycanlıdır - VİDEO

Azərbaycan vətəndaşı Sivas Quliyevin Türkiyənin Sivas şəhərinə səfəri yerli medianın, ictimaiyyətin diqqətini çəkib. Qafqaz İslam Ordusunun Sivasdan olan şəhid əsgərlərinin xatirəsini yaşatmaq üçün ona 64 il əvvəl Sivas adı qoyulub.
Publika.az-a bu barədə məlumatı diaspor üzrə araşdırmaçı jurnalist Elnur Eltürk verib.
ƏLAQƏLİ
Kamil Şahverdiyev: "Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil"
Sivas Quliyev yerli televiziyaya açıqlamasında 1954-cü ildə Azərbaycanda anadan olduğunu bildirib:
“Sivası yuxularımda görürdüm. 64 ildir ki, xəyallarımla,yuxularımla Sivasa gəlirdim. Mənə bu ad atam tərəfindən qoyulub. Atam çoğrafiya müəllimi idi. Tariximizi çox yaxşı bilirdi. 1918-ci ildə Azərbaycanın vətənimizə Qafqaz İslam Ordusunun tərkibində sivaslı əsgərlər də olub. Onlarda Azərbaycanın azadlığı uğrunda şəhid olublar. Atam onların xatirəsinə yaşatmaq üçün mənə Sivas adını qoyub. Bundan qürur duyuram.
Sivas Quliyev Sivas insanın mərd, cəsur, qonaqpərvər olduğunu qeyd edib:
“Düşünürəm ki, Sivasla bizim aramızda ruhən, mistik bir bağlılıq var. Ortaq tarixi amillər bizi birləşdirir. Bilirsiniz ki, mənşəcə Azərbaycan türklərindən olan məşhur şair, dövlət xadimi və alim Qazi Bürhanəddin Sivasda fəaliyyət göstərib. XVI əsrdə yaşamış xalq şairi, ozan Pir Sultan Abdal Sivasda anadan olub”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Arkanzasda 1 milyon dollar dəyərində almaz aşkarlandı
Brunello Cucinelli Daşkənddə tarixi mədrəsəni podiuma çevirdi
30 dollara alınan rəsm əsəri 1,35 milyon dollara satıldı
Dağıstanda keçi sürücüyə qisas aldı
Yuxuda kabuslar görmək nə ilə əlaqədardır?
Təbiət bacarıqları ilə bağlı təlimlər insanların ruhunu yüksəldir