Britaniyanın benqallara yaşatdığı dəhşətli aclıq FOTOLARDA
Sivil, humanist, demokratik Qərb barədə danışanda gülümsəyirəm. Tarix də inadkardır.
Sadəcə, bu fotolara baxın.
Yəni Qərbi Benqaliyadakı aclıq… Hindistan əyaləti olan Benqaliyanın 60,3 milyonluq əhalisinin 9 milyon nəfəri aclıqdan öldü.
ƏLAQƏLİ
Kamil Şahverdiyev: "Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil"
İlkin səbəb İkinci Dünya Müharibəsi illərindəki düyü qıtlığı idi. Benqaliyada 3 növdə düyü becərilirdi. Qışda “aman”, payızda “aus”, baharda “boro”. Aman düyü istehsalının 71 faizini təşkil edirdi. Amma 1942-ci ilin qışındakı güclü qasırğalar Benqaliyanın cənubundakı sahilyanı bölgələrdə amanın əksəriyyətini məhv etdi. Daha sonra yağışlar və sellər yerdə qalan məhsulun da axırına çıxdı.
Sonda da çəltik tarlaları göbələyə yoluxdu və az qalmış məhsulun 90 faizi də belə məhv oldu.
Birmanın yapon işğalında olması, məhsulun məhvi düyünün qiymətini 6 dəfə qaldırdı. Qıtlıq yarandı.
Britaniyanın müstəmləkə administrasiyası ac qalmış benqallara yardım etmək əvəzinə anbarlarda qalmış son 80 min ton düyünü də apardı.
Yaponların işğalından qorxan britaniyalılar 10 nəfərdən artıq sərnişin daşıya bilən bütün qayıqları müsadirə etdilər. Halbuki benqallar bu qayıqlardan balıq tutmaq və ərzaq daşımaq üçün istifadə edirdilər.
Nəticədə Benqaliyada dəhşətli aclıq başlandı.
Səbəbkar Britaniya idi… (milli/az)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Arkanzasda 1 milyon dollar dəyərində almaz aşkarlandı
Brunello Cucinelli Daşkənddə tarixi mədrəsəni podiuma çevirdi
30 dollara alınan rəsm əsəri 1,35 milyon dollara satıldı
Dağıstanda keçi sürücüyə qisas aldı
Yuxuda kabuslar görmək nə ilə əlaqədardır?
Təbiət bacarıqları ilə bağlı təlimlər insanların ruhunu yüksəldir