Böyrəyini satmaq istəyən azərbaycanlılar...
Son illər ölkəmizdə açıq şəkildə öz daxili orqanlarını satmağa cəhd edən, internetdə bununla bağlı elanlar yerləşdirən şəxslərə rast gəlirik. İstər internetdə yayılan, istərsə də, küçələrdə asılan kağızlarda adətən bu sözlər qeyd olunur: “Böyrəyimi satıram, təcili pula ehtiyacım var”. Təbii ki, ağıla gələn ilk fikir həmin şəxsin ehtiyac ucbatından belə əmələ əl atmasını düşünməkdir.
Bəs maraqlıdır, istənilən adam belə rahat şəkildə öz orqanını satışa çıxara bilərmi? Bu qanunla qadağandır, yoxsa “öz böyrəyimdir, istədiyimi edə bilərəm” deyə bilərlər?
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev Modern.az-a deyib ki, insanın orqanlarının satılması bütün dünyada qanunla qadağan olunub. Bu, cinayət əməli sayılır:
“İnsan orqanlarının istər fərdlərin özü tərəfindən, istərsə də, digər şəxslər, həkimlər vasitəsilə alınıb-satılması insanın şəxsiyyətinə təhqirdir. Bu əməli törədənlər cinayət məsuliyyəti daşıyır. Həm kimdənsə, məcburən müəyyən məbləğ müqabilində özünün orqanlarını almağa çalışan, həm də orqanlarını könüllü olaraq başqasına satan insanları şikayət edib, məsuliyyətə cəlb edə bilərik. Qanunvericilikdə müvafiq maddələr də var. “Kimsə bu mənim böyrəyimdir”, “bu mənim qaraciyərimdir, istədiyim kimi sata bilərəm” deyə bilməz. Bu, dini, mənəvi, qanuni baxımdan yolverilməz addımdır.
İnsanların orqan bağışı mövzusunda maarifləndirilməsinə ciddi ehtiyac var. İnsan orqanı meyvə-tərəvəz deyil ki, kimsə istədiyi kimi onu alıb-satsın. Bu prosesin arxasında ciddi tibbi prosedurlar da dayanır. Alınıb, satıldığını bildiyi halda daxili orqanların donordan götürülməsi və ehtiyacı olan şəxsə köçürülməsini həyata keçirən tibb müəssisəsi ən böyük məsuliyyət daşıyır. Prosesi həyata keçirən transplantoloq cinayət məsiliyyətinə cəlb oluna bilər.
Orqanını satan şəxsi Cinayət Məcəlləsinə, yaxud İnzibati Xətalar Məcəlləsinə uyğun məsuliyyətə cəlb edib, müvafiq maddələrlə hətta həbs də edə bilərik”.

Musa Quliyev əhaliyə məsləhət görür ki, ciddi şəkildə orqanlarını satmaqla bağlı elan verən, buna əl atan şəxslərə qarşı heç kim reaksiyasız qalmasın:
“Bu, cinayəti bilib, gizlətmək kimi məsuliyyət də yarada bilər. Amma hüquq-mühafizə orqanları aydınlaşdırmalıdır ki, həmin şəxs həqiqətən də, orqan satışını ciddi olaraq, reallaşdırmaq istəyir, yoxsa ötəri elan, təklif kimi səsləndirir? Artıq bunu dəqiqləşdirdikdən sonra müvafiq addımların atılması mütləqdir”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistanlı əsir Azərbaycan dilində danışır - VİDEO
AST Telmanın oteli tanınmaz halda – Fotolar
Azərbaycanın ilk snayper qadını - FOTO
6 il əvvəl Prezident Sarayına dəvət olunan Ümid ADA-ya daxil oldu
Məşhur filmdəki səhv 33 il sonra ortaya çıxdı - FOTO
Tarixdə ilk məhkəmə: qullarla sevişib ərini öldürtdürən qadın və edam hökmü