“Boeing” səsdən sürətli yeni sərnişin təyyarəsi hazırlayacaq

“Boeing” kompaniyası saatda 6 min kilometr sürətlə uçan səsdən sürətli yeni sərnişin təyyarəsi istehsal etmək barədə planlarının olduğunu bəyan edib.
Minval.İnfo Avropa.info-ya xəbər verir ki, yeni təyyarə Atlantik okeanı üzərindən təxminən 2 saata uça biləcək. İndiyədək bu marşrut üzrə qeydə alınan uçuş sürəti rekordu (2 saat 52 dəqiqə) İngiltərə və Fransanın birgə istehsalı olan “Concorde” təyyarəsinə aiddir. Hazırda səs sürətinə yaxın indiki laynerlər isə Londondan Nyu-Yorka qədər olan məsafəni təxminən 7 saata qət edir.
ƏLAQƏLİ
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Kompaniyadan bildiriblər ki, səsdən sürətli yeni təyyarənin istifadəsi ilə istənilən şəxs bir sutka ərzində okeanın o tayına keçərək geri qayıda biləcək.
Ekspertlərin fikrincə, təyyarənin sınaq nümunəsi ən tez 2023-cü ildə havaya qalxacaq. “Boeing” kompaniyası isə 2030-cu illərin sonlarına qədər müntəzəm reysləri həyata keçirməyi planlaşdırır.
Xatırladaq ki, maksimal sürəti saatda 2179 kilometr olan “Concorde” sərnişin təyyarəsi ilk kommersiya uçuşunu 1976-cı ilin yanvarında həyata keçirmişdi. Onları hər birində 7 təyyarə olmaqla, British Airways və Air France aviaşirkətləri istismar edirdi. 27 il ərzində müntəzəm və çarter reysləri ilə 3 milyondan çox sərnişin daşınmışdı. 2000-ci ilin iyulunda bir təyyarə Parisin Şarl de Qoll aeroportundan uçuş zamanı qəzaya uğradı. 113 nəfərin ölümü ilə nəticələnən bu qəzadan sonra “Concorde” təyyarələrinin uçuşları altı aylığına saxlanıldı. 2003-cü ildə isə əvvəlcə Air France, onun ardınca da British Airways yanacağın qiymətinin artması ilə əlaqədar uçuşları birdəfəlik dayandırdılar.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Telefonlar bizi dinləyirmi? – Mütəxəssislərdən vacib tövsiyələr
Emin Ağalarovun sevinci: “Sea breeze”də i̇lk uşaq doğuldu
Bu bürclər səhv insanlara dəfələrlə aşiq olurlar
Avropa İttifaqının Azərbaycandakı səfiri Azərbaycan dilini öyrənir
ABŞ-də ChatGPT-yə görə OpenAI məhkəməyə verildi
Alimlərdən SENSASİON KƏŞF: 4500 illik sirri açdılar