Birinci vitse-prezident Mehriban Əliyeva Yalçın Rzazadənin ailəsinə başsağlığı verib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Xalq artisti Yalçın Rzazadənin ailəsinə başsağılığı verib:
Minval.info xəbər verir ki, başsağlığında deyilir:
“Azərbaycan Respublikasının Xalq artisti Yalçın Rzazadənin vəfatı xəbərini kədər hissi ilə qarşıladım. Müasir musiqi sənətimizdə öz dəst-xətti ilə seçilən Yalçın Rzazadə ifaçılıq məharəti və səhnə mədəniyyəti ilə musiqisevərlərin dərin hörmət və məhəbbətini qazanmışdır. Çoxillik təcrübə və biliyini, estrada sənətinin bütün sirr və incəliklərini həvəslə gənclərə öyrədən sənətkarın yaradıcılıq yolu gənc ifaçılar nəsli üçün əsl sənət məktəbidir. Onun “Dədə Qorqud”, “Gün keçdi”, “Qaynana”, “Baladadaşın ilk məhəbbəti” kimi filmlərdə səsləndirdiyi mahnılar xalqımızın yaddaşından heç vaxt silinməyəcəkdir.
Bu ağır anlarda dərdinizi bölüşür, əvəzsiz itki ilə əlaqədar ailənizin üzvlərinə səbir diləyir, dərin hüznlə başsağlığı verirəm”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Fuad Nağıyev: “Quru sərhədlərinin açılması risklidir”
Azərbaycanda 1 həftə iş olmayacaq
AZAL-dan Türkiyəyə gedənlərə XƏBƏRDARLIQ
Azərbaycanda uşaq avtoşəhərcikləri, avtomeydançaları yaradılacaq
Sığorta şirkətlərinin fırıldaqları - Sürücülər boğaza yığılıb
Əfv sərəncamı 7 saylı Cəzaçəkmə Müəssisəsində icra olunub