“Biri liseydə müəllim, digəri isə evin tək övladı olub” – Qatar qəzasında dünyasını dəyişənlər
Dünən Xəzər rayonu, Binə qəsəbəsində 160 saylı sərnişin avtobusu ilə qatarın toqquşması nəticəsində 42 nəfər sərnişindən 33-ü yaralanıb, 13 yaşlı məktəbli və 1962-ci il təvəllüdlü Əliyev Şakir Pənah oğlu dünyasın dəyişib.
Minval.İnfo xəbər verir ki, Unikal.org qəza nəticəsində dünyasını dəyişən şəxslərin kimliyini araşdırıb.
Məlum olub ki, 1962-ci il təvəllüdlü Əliyev Şakir Pənah oğlu Abşeron Binə Peşə Liseyində müəllim işləyib. O, uzun illərdir liseydə xüsusi fənlər (traktor və avtomobillər) üzrə dərs deyib. Ş.Əliyev yaşının çox olmasına baxmayaraq subay olub, övladı olmayıb. Nizam-intizamlı müəllim olub.
Dünyasını dəyişən 13 yaşlı Yusif Tahir oğlu Dadaşzadə Bakının Xəzər rayonu 218 saylı məktəbinin 7-ci sinif şagirdi olub. O, ailənin tək övladı olub.
https://www.youtube.com/watch?v=CKfnCDN2988
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Tahir Kərimlinin himni qısaltmaq təklifinə həmkarından sərrast cavab - Video
İşsiz qalan deputatlar nə ilə dolanacaq? - SORĞU
"Mahirin öz evi yoxdur" — Anar Mədətov
Zəlzələdən 5 saat sonra 12 yaşlı uşaq xilas edildi