Bir oğlu Azərbaycan, digər oğlu Türkiyə millisində - Ata fəxr edir
Azərbaycan millisinə dəvət alan Ozan Can Kökçünün qardaşı Orkun Kökçü Türkiyə yığmasına çağırıldı.
Bir qardaş Azərbaycan, digər isə Türkiyə millisində oynayacaq.
Futbolçuların atası Halis Kökçü açıqlamasında buna görə fəxr etdiyini bildirib: “Çox qürur duyuram. Allah hər valideynə belə fəxr etməyi nəsib etsin.
ƏLAQƏLİ
Kamil Şahverdiyev: "Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil"
Övladlarım qitənin ən köklü klubunda yetişiblər. Onlar Avropa mədəniyyətinin mərkəzində olsalar da, əsl türkdürlər. Biri Azərbaycan, digəri də Türkiyə yığmasında oynamağın qürurun, şərəfin, məsuliyyətin və zövqünü yaşayır.
İki dövlət, bir millətik. Orkun Ozanın Azərbaycan millisində oynamasına sevinir və qürur duyur. Bizə bu qardaşları alqışlamaq və dəstəkləmək düşür”.
Orkun “Feyenoord”un yetirməsidir və o, əsas komandanın aparıcı üzvüdür. 19 yaşlı yarımmüdafiəçi ötən gün Şənol Günəşin rəhbərlik etdiyi Türkiyə millisinə dəvət alıb.
Ozan Can da “Feyenoord”da yetişib və o, ötən il “Sabah” klubuna keçib. 22 yaşlı yarımmüdafiəçi U-21 millisindən sonra Azərbaycan yığmasına dəvət aldı. (Sportal.az)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Arkanzasda 1 milyon dollar dəyərində almaz aşkarlandı
Brunello Cucinelli Daşkənddə tarixi mədrəsəni podiuma çevirdi
30 dollara alınan rəsm əsəri 1,35 milyon dollara satıldı
Dağıstanda keçi sürücüyə qisas aldı
Yuxuda kabuslar görmək nə ilə əlaqədardır?
Təbiət bacarıqları ilə bağlı təlimlər insanların ruhunu yüksəldir