"Bir nəfərin hakimiyyəti erası sona çatdı"
“Nikola Paşinyanın Serj Sərkisyan üzərində qələbəsindən sonra onun iki yolu var idi. Birinci yol Sərkisyanın istefasıyla kifayətlənib Karen Karapetyanın baş nazir seçilməsinə yaşıl işıq yandırmaq, ikinci yol isə indiki hökumətin müvəqqəti xarakter daşıdığını bildirərək növbədənkənar parlament seçkisi tələb etməkdir”.
Minval.info xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, Paşinyan doğru qərar verərək ikinci yolu seçdi. Çünki Serj Sərkisyanın dəyişməsi işin yarısıdır, parlamentdə Respublika Partiyasının çoxluğuna son qoymaq lazımdır:
“Paşinyan artan reytinqindən istifadə edərək yeni seçkiyə gedib parlament çoxluğunu müxalifətin xeyrinə dəyişmək istəyir. Cin şüşədən çıxdı, Paşinyan və onun tərəfdarları Ermənistanda yaxın illərdə həlledici fiqurlara çevriləcək. Ermənistanda bir nəfərin hakimiyyəti erası sona çatdı. Ermənistanda bu dəyişikliklərin Dağlıq Qarabağ münaqişəsinin həllinə nə dərəcədə təsiri olub-olmayacağı üzərində müxtəlif variantlar hazırlamalıyıq”.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanla Avropa İttifaqı arasında sazişin nə vaxt imzalanacağı açıqlandı
ABŞ və Türkiyə müdafiə nazirləri Suriyadakı böhrana müzakirə ediblər
İcra məmurlarına nəzarət qaydası sərtləşdi
Erməni ekspert: “Ermənistan Azərbaycanın yeni hücumuna hazırlaşmalıdır”
NATO Baş katibi: "Azərbaycana minnətdarıq"
Vladimir Putin əcnəbilərin Rusiya vətəndaşı olmasını sadələşdirir