Bir fincan qəhvə ilə həyatı dəyişən azərbaycanlı neftçi... - Foto
Ömrü boyu yalnız çay içməyi xoşlayan azərbaycanlı mühəndis, neftçi Cavid ilk dəfə Rusiyada qəhvənin dadına baxıb və bu, onun həyatında dönüş nöqtəsi olub. BƏƏ-nin Abu-Dabi şəhərində neft sənayesində işləməyə gəlib və burada “45 Coffee Roasters” adlı kafeni açıb. “Qafqazinfo” xəbər verir ki, “Abu Dhabi World” nəşrinin müxbiri gənc Cavidlə söhbətləşib. O, müsahibəsi zamanı əslən Azərbaycandan olduğunu bildirib.
“Gənc yaşlarımda bir dəfə qəhvə alıb dadına baxdım, bəyənmədim. Çox acı idi. Mən onun həqiqətən bu dadda olduğunu bilmirdim. Düzünü desəm, əvvəllər çaya üstünlük verirdim.

Sonra bir gün – 7 il əvvəl Moskvaya getdim. Çox soyuq idi, qəhvə kafesinə girib çay sifariş verdim. Orada isə çay verilmirmiş. Mənimlə üzbəüz əyləşən müştərinin nə isə içdiyini gördüm. İçki qəhvəyə oxşamırdı. Sonra bunun xüsusi üsulla hazırlanmış qəhvə olduğunu bildim. Birincini içib bitirməmiş, ikincini sifariş verdim. Daha sonra ABŞ-dan xüsusi kofe aparatı sifariş etdim. İşdə özüm üçün eksperimentlər edirdim. İlk günlər istədiyim kimi alınmırdı. Lakin yavaş-yavaş bu işi yaxşı bacardığımı gördüm. Ətrafımdakı insanlar dəmlədiyim qəhvələri bəyənirdilər. Bu işi böyütməyi düşünüb Abu-Dabidə “42 Coffee Roasters”i açdım”.

Cavid hazırda Abu-Dabinin ən populyar qəhvə kafesi olan “42 Coffee Roasters”də gələn hər müştəri üçün qəhvə gətirərək onlardan dadını soruşduğunu, bu istiqamətdə həm də dostluq şəbəkəsi yaratdığını söyləyib.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Alimlərdən SENSASİON KƏŞF: 4500 illik sirri açdılar
Dünyanın ən qorxunc evi satılır: Ürəklənib alan yoxdur - FOTOLAR
Şəhər səyahətləri mopedlərlə daha rahatdır - Fotolar
TikTok COP29-da #ClimateAction kampaniyasını başladır
Dilarənin kovboy tərzi - Fotolar
Müğənni konsertintdə rəqsi ilə diqqət çəkən nənəyə ev aldı - VİDEO