Bir ayağını itirən Qarabağ qazisi "Access Bank" ucbatından çıxılmaz haldadır
Salyan rayonunun Yolüstü kənd sakini, Qarabağ əlili, döyüşdə ayağının birini itirmiş, digər ayağı da çürüyən Vəli Dünyamalıyev çətin duruma düşüb.
Minval.info xəbər verir ki, o, sonuncu devalvasiyadan öncə, daha dəqiq desək 1 dollar 1.05 AZN olduğu vaxtlarda “Access Bank”-ın Salyan rayonunda olan şöbəsindən 3500 dollar məbləğində kredit götürüb. Həmin kredit həyat yoldaşının adına rəsmiləşdirilib.
Krediti götürəndən sonra 6 ay boyunca V.Dünyamalıyev ödəniş edib. Amma devalvasiyadan sonra onun borcu ikiqat artıb və beləcə Qarabağ əlili ödəniş edə bilməyib.
“Mən uşaq oxuduram, əlil olduğum üçün təqaüd alıram. Bir ayağım yoxdur, digərinin də vəziyyətini görürsünüz. Dövlətin verdiyi pulla ailə saxlayıram, dərmanlarımı alıram. 6 ay boyunca, hər ay 210 manat ödəniş etmişəm. Devalvasiyadan sonra borcumu artırdılar, ödəniş edə bilmədim, verdilər məhkəməyə, məhkəmə yolu ilə 6 ay hər ay 100 manat ödəniş etdim. Devalvasiya olmasaydı vaxtı-vaxtında ödənişimi edəcəkdim, amma götürmədiyim qədər borcum olanda təbii ki, onu ödəyə bilmədim. Prezidentimiz qərar çıxardı və o qərara uyğun mən 1.05 AZN kursu ilə ödəniş etməli idim. Amma mənə indi deyirlər ki, hələ də 3500 manat borcum var. Üstünə müxtəlif faizlər gəliblər, borcumu artırıblar, ödəyə bilmirəm. Üstəlik artıq anam zamin olmadığı halda onun təqaüdündən avtomatik krediti çıxırlar. Hansı ki, prezidentin qərarından sonra mən bir neçə dəfə banka getdim, soruşdum, ödənişin necə olacağını bilmək istədim, amma dedilər ki, “Get, sənə xəbər edəcəyik, çağıracağıq”. Ondan sonra da xəbər etmədilər. Aylar keçib üstündən, indi başlayıblar borc çıxmağa, üstəlik sakitcə faiz gəliblər üstünə”.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Gəncə Şəhər Baş Polis İdarəsinə yeni təyinat
Azərbaycanda sosial müavinətlərin məbləği artırılıb
Leysan yağacağı, dolu düşəcəyi gözlənilir
“Bütün uşaqlara 12 yaşınadək “uşaqpulu”nun verilməsi zəruridir” - Deputat
Bakıda qorxunc vəziyyət: Yapışqan və ayaqqabı kremi iyləyən azyaşlılar...
Qənirə Paşayeva əməliyyatdan sonra ilk dəfə çıxış etdi – VİDEO
