Bir ailə 4 azyaşlı uşaqla küçədə qalır - Binəqədi icra hakimiyyəti isə... (VİDEO)
Rəsmi qurumlar bir ailənin ikinci faciəsinə susur!
“Space” Tv-də Amil Xəlilin təqdimatında yayımlanan “Olar? Olmaz!” verilişində ötən gün ürəkləri dağlayan görüntülər tamaşaçılara təqdim edilib. Bir ailə 4 azyaşlı uşağı ilə küçədə qalır.
Minval.İnfo xəbər verir ki, ailə başçısının sözlərinə görə, onların evini Binəqədi rayon icra hakimiyyəti söküb. Tarverdi bəy bilirib ki, qalmaq üçün ev verəcəklərinə söz versələr də, sözlərinin üstündə durmayıblar. Uşaqların anası Xocalıda güllə yarası alıb. Baş nahiyyəsinin yarısı zədəlidir. Gözləri görmür. Ailə başçısı ağlayaraq xalqa və aidiyyatı qurumlara müraciət edib. Tarverdi bəy Binəqədi icra başçısı Elxan Allahverdiyevin “sizə kömək edəcəm” deyib daha sonra fikrindən döndüyünü bildirib.
Qeyd edək ki, verilişin davamı bu axşam saat 19:50 də Space Tv-də yayımlanacaq. Ailənin heç kimi yoxdur. Tarverdi bəyin xanımının ailə üzvləri rəhmətə gedib. O cümlədən Tarverdi bəyin də ailə üzvləri dünyasını dəyişib. Yeganə bacısı var. O bəs niyə qardaşından imtina edib? Görünün bu axşam suallara cavab tapılacaq.
Minval.İnfo
https://www.youtube.com/watch?v=BPF4Rtt8b8s
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çimərliyə gedənlərin nəzərinə
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"
Gələn ildən sürücülük vəsiqəsi üçün imtahanları DİM keçirəcək? - RƏSMİ