Binəqədi şosesində zolaqlar artırıldı: hərəkət daha rahat olacaq
Bakının Binəqədi qəsəbəsi istiqamətində yaranan nəqliyyat sıxlığını azaltmaq məqsədilə mühüm bir addım atılıb. Bu çərçivədə Binəqədi şosesi ilə Zahid Qəmbərov küçəsinin kəsişməsində zolaq sayı artırılıb.
Minval.info xəbər verir ki, bu barədə məlumatı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) təqdim edib. Məlumatda qeyd edilir ki, xətlənmə işləri aparılaraq yeni düzünə hərəkət zolağı təşkil edilib.
Əvvəllər sözügedən kəsişmədə düzünə hərəkət yalnız bir zolaqla mümkün idi. İndi isə nəqliyyat vasitələri hərəkətlərini iki zolaqla davam etdirə bilirlər. Bu dəyişiklik nəticəsində kəsişmənin buraxılıcılıq qabiliyyəti artıb.
Layihə, nəqliyyat vasitələrinin daha rahat və fasiləsiz hərəkətini təmin edərək, yol hərəkətindəki sıxlığı əhəmiyyətli dərəcədə azaltmaq məqsədini güdür.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakının bəzi ərazilərində elektrik enerjisi kəsintiləri olacaq
Xırdalan və Masazıra gedən taksilərin fəaliyyəti bərpa edildi
Bakıya güclü leysan yağışı gözlənilir
Azərbaycanda 50 milyon manata yeni qəsəbə tikilir
Prokurorluq orqanlarına qəbul imtahanının tarixi açıqlandı
Hacıqabulda bir neçə küçə əsaslı təmir olunacaq
Azərbaycanda yeni qəsəbənin inşasına başlanılır