“Binə” Ticarət Mərkəzi koronavirusla mübarizəyə pul ayırdı
Azərbaycanda koronavirusla mübarizəyə ölkənin ən böyük ticarət mərkəzlərindən biri olan “Binə” TM də qoşulub.
Minval.info-nun verdiyi xəbərə görə, “Binə” Ticarət Mərkəzi Azərbaycan Prezidenti İlham Əliyevin 19 mart 2020-ci il tarixli fərmanı ilə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə dəstək məqsədilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat vəsait köçürüb.
“Binə” TM rəhbərliyi pandemiya ilə mübarizə üçün sosial həmrəyliyin nümayiş etdirilməsinə və vətəndaşları dövlətin koronavirusla mübarizə istiqamətində həyata keçirdiyi qabaqlayıcı tədbirlərə dəstək olmağa çağırır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026