Binədə meşə ərazisi tikinti meydanına çevrilir? – Qanunsuzluq iddiaları gündəmdə
Bakının Xəzər rayonunda, Binə qəsəbəsində meşə fonduna aid torpaqların qanunsuz olaraq hasarlanaraq zəbt edildiyi və ağacların kəsildiyi barədə iddialar yayılıb. Həmçinin, həmin ərazidə tikinti işlərinin aparıldığı bildirilir.
Minval.info xəbər verir ki, Baku TV-nin qaynar xəttinə müraciət edən bir şikayətçi, bu ərazinin əvvəllər meşəlik olduğunu və ağacların bir hissəsinin kəsilməsindən sonra tikinti işlərinin başladığını qeyd edib.
Bu iddiaların doğru olub-olmaması isə aidiyyəti qurumların aparacağı araşdırmalar nəticəsində müəyyən ediləcək. Qanunvericiliyə görə, ağacların kəsilməsi üçün ərazinin statusu və müvafiq icazənin olması vacibdir. Meşə fonduna aid ərazilərdə qanunsuzluq hallarına daha ciddi hüquqi qiymət verilməsi tələb olunur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdə havanın temperaturu 5-10 dərəcə enəcək - xəbərdarlıq
Milli Qəhrəman Ehtiram Əliyevin səhhəti ağırlaşıb
Hacı Qalib indi də Bilgəhdə ümumi istifadədə olan yolu bağlayıb - Fotolar
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib
Qeyri-sabit hava şəraiti bu tarixədək davam edəcək
Dağlıq ərazilərə qar yağır