Biləsuvarda əməliyyatı: Maşından 8 kq narkotik çıxdı
Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti uğurlu əməliyyat tədbirləri nəticəsində 9 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən rayonun Yuxarı Ağalı kəndi ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakinləri Pərviz Hüseynov və əvvəllər məhkum olunmuş Rəşad Xalıqov saxlanılıb. Saxlanılarkən P.Hüseynovun idarə etdiyi “Lada Priora” markalı avtomobilə baxış keçirilən zaman oradan 8 kiloqram 485 qram narkotik maddə tiryək və 620 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı Biləsuvar RPŞ-nin istintaq bölməsində cinayət işi başlanılıb, araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Dələduzluq əməliyyatı: 7 nəfər saxlanıldı
Telefon ekranındakı yaşıl və narıncı nöqtələr nədir?
Keçmiş icra başçısının əmlakı satışa çıxarıldı
Milyonluq dələduzluq: Məhkəmədə yeni iddialar
Neftçi çətin oyunlar öncəsi hazırlıqlara başlayır
Bakıda milyonluq ev saxta sənədlərlə satıldı!
DTX beş ölkədə terror əməliyyatı keçirdi