03.09.2026 - 16:22
Kriminal 25 baxış

Biləsuvarda borc istəyən qadın döyüldü

Biləsuvar şəhərində ərindən borc pul istəyən qadın döyülüb. Hadisə şəhərdəki mənzillərdən birində baş verib. 1989-cu il təvəllüdlü Orxan Səfərov 2016-cı ildə ailə həyatı qurub və bu nikahdan bir övladları dünyaya gəlib. Bir neçə gün əvvəl Orxan evə gələndə həyat yoldaşı ondan qardaşına kömək məqsədilə borc pul istəyib və qısa müddətdə qaytaracağını bildirib. Bu səbəbdən cütlük arasında mübahisə yaranıb və Orxan həyat yoldaşını döyüb.

Minval.info xəbər verir ki, hadisə yerinə polis əməkdaşları gəlib və Orxan saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb və iş Biləsuvar Rayon Məhkəməsinə göndərilib. Məhkəmə cütlük arasında barışıq elan edib və cinayət işinə xitam verib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: