Bəzi bölgələrdə dolu və sulu qar gözlənilir
Sentyabrın 28-i axşam saatlarından etibarən Azərbaycanın qərb rayonlarında hava şəraitinin dəyişəcəyi proqnozlaşdırılır. 30-u gününə qədər bəzi ərazilərdə fasilələrlə yağış yağacağı bildirilir.
Minval.info xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, ölkənin müxtəlif yerlərində yağışın qısamüddətli leysan xarakterli və intensiv olacağı, bəzi yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimal edilir. 29-u gecə saatlarında isə yüksək dağlıq ərazilərdə sulu qarın yağması gözlənilir.
Proqnoz edilən yağıntılı hava şəraiti nəticəsində çayların sululuğunun artacağı, Böyük və Kiçik Qafqazın, eləcə də Lənkəran-Astara bölgəsinin bəzi çaylarında qısamüddətli daşqın və sel hadisələrinin baş verə biləcəyi ehtimal olunur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ağcabədidə dəhşətli qəza: iki qardaş həyatını itirdi
Masazır dairəsində ağır yol qəzası baş verib
Siyəzəndə yük avtomobili və minik maşını toqquşdu
Etna vulkanının püskürməsi Siciliyada hava limanını iflic etdi
Afinada partlayış nəticəsində iki nəfər həlak olub
Bakıda Qaradağ rayonunda vulkan püskürdü
Laçında mina partlayışı: Fingə kəndində təhlükə davam edir