10.10.2026 - 10:38
Beynəlxalq səyyahlar Zəngilana səfər ediblər
Dünya 199 baxış

Beynəlxalq səyyahlar Zəngilana səfər ediblər

Dünyaca məşhur “Most Traveled People” klubunu təmsil edən beynəlxalq səyyahlar qrupu Azərbaycanın Zəngilan rayonuna maraqlı bir səfər həyata keçirib. Baku.ws-ın “Report”a istinadən verdiyi məlumata görə, səyyahlar Zəngəzur dəhlizinin ərazisində olublar.

Səfər çərçivəsində nümayəndə heyətinə Naxçıvan Muxtar Respublikası ilə birbaşa quru əlaqəsini təmin etmək məqsədi daşıyan və Azərbaycan tərəfindən həyata keçirilən infrastruktur layihəsi barədə ətraflı məlumat təqdim edilib.

Qeyd etmək lazımdır ki, “Most Traveled People” klubunun təsisçisi Çarlz Vilinin rəhbərlik etdiyi bu beynəlxalq səyyahlar qrupu üçüncü gününü Qarabağ və Şərqi Zəngəzurda keçirir.

Nümayəndə heyətinin tərkibində ABŞ, Kanada, Fransa, Almaniya, İsveçrə və Böyük Britaniya daxil olmaqla, 13 ölkədən 40-a yaxın şəxs iştirak edir.

Bu səfərlər, 2021-2026-cı illər ərzində aparıcı beynəlxalq səyyahlar klublarının Qarabağa və Şərqi Zəngəzura artıq 17-ci qrup səfəridir və xarici səyyahlar üçün Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı tikinti və bərpa işləri ilə tanış olmaq imkanı yaradır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: