10.10.2026 - 11:28
Azərbaycan neftinin qiyməti azalıb
İqtisadiyyat 238 baxış

Azərbaycan neftinin qiyməti azalıb

Dünya bazarlarında “Azeri Light” markalı Azərbaycan neftinin qiymətində azalma müşahidə edilir. Baku.ws-ın yazdığına görə, bu markanın 1 bareli 2,42 ABŞ dolları və ya 1,82 % azalıb və hazırda 130,81 ABŞ dolları təşkil edir.

Neft bazarındakı mənbələrdən “Report”a verilən məlumata əsasən, “Brent” markalı neftin dekabr fyuçerslərinin qiyməti 132,59 ABŞ dolları olub.

Bundan əlavə, Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin qiyməti də azalıb. Burada neftin bir bareli 2,33 ABŞ dolları və ya 1,9 % azalaraq 120,06 ABŞ dolları təşkil edir.

Qeyd edək ki, Azərbaycanın bu ilki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları nəzərdə tutulub.

Xatırladaq ki, “Azeri Light” markalı neftin ən aşağı qiyməti 2020-ci ilin aprelində 15,81 ABŞ dolları, ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları olub. Bu neft “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun hasilatı çərçivəsində əldə edilir və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) bu layihədəki payı 35,3 %-dir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: