Benzinin bahalaşması bu avtomobillərə tələbi artıracaq
Azərbaycanda “Aİ-95” və “Aİ-98” markalı benzinlərin bahalaşmasının avtomobil bazarında və taksi xidmətlərində qiymətlərə təsir imkanı məhduddur.
Sfera.az xəbər verir ki, bunu saytımıza açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov benzinin bahalaşmasının mümkün təsirlərini şərh edən zaman bildirib.
E.Cəfərov xatırladıb ki, yüksək oktanlı benzinlərdən əsasən Azərbaycana idxal edilən yeni avtomobillərdə istifadə edilirdi. Onun fikrincə, “Aİ-95” markalı benzinin bahalaşması yeni avtomobil bazarında qiymətlərin kəskin artmasına və ya azalmasına gətirib çıxarmayacaq.
E.Cəfərov yeni qiymətlərin ikinci əl avtomobil bazarına təsir edəcəyini düşünür:
“İkinci əl avtomobil bazarında “Aİ-95” markalı benzinlə işləyən avtomobillərə tələb azala bilər. Amma tələbin azalması qiymətləri nəzərəçarpacaq dərəcədə azaltmayacaq. Yüksək oktanlı yanacağın bahalaşması ölkəmizdə dizel və hibrid avtomobillərə tələbi artıracaq. Eyni zamanda mühərrik həcmi kiçik olan avtomobillərə də tələb yüksələcək”.
Ekspert hesab edir ki, benzinin bahalaşmasının mənfi təsirləri də olacaq:
“Arzu edilməyən hal odur ki, benzinin qiyməti yüksəldikcə, dizel avtomobillərə tələb artır. Dizel mühərriklə təmin edilən avtomobillərdən atmosfer havasına atılan qazların miqdarı daha çox olur. Buna görə də onlardan daha çox istifadə atmosfer havasının çirklənməsini artırır”.
E.Cəfərov yüksək oktanlı benzinlərin bahalaşmasının taksi xidmətlərində bahalaşmaya səbəb olmayacağını da bildirdi:
“Taksi xidməti üçün istifadə edilən avtombillərin böyük hissəsi ya dizel, ya da hibrid mühərrik sistemi olan nəqliyyat vasitələridir. Hibrid avtomobillərdə əsasən “Aİ-92” markalı benzindən istifadə edilir. Buna görə də yüksək oktanlı benzinlərin bahalaşması taksi xidmətinin dəyərinə təsir imkanı yoxdur”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏAzərbaycan neftinin qiyməti ilə bağlı VACİB XƏBƏR
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"