"Belə izdiham gözləmirdim" - Gədəbəyə gələn Ərdoğanın oğlu heyran qaldı - VİDEO
“Qədim türk millətlərinin ənənələrinin yaşadılması üçün bu tədbir olduqca mühüm əhəmiyyətə malikdir”.
BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, bu fikirləri Gədəbəydə Milli Yaylaq Festivalına qatılan Bilal Ərdoğan bildirib.
Festivaldan olduqca məmnun qalan Bilal Ərdoğan tədbirin yüksək səviyyədə təşkil edildiyini də sözlərinə əlavə edib:
“Tədbirin bu qədər izdihamlı olacağını gözləmirdim. Atların səhnəsi, milli musiqilər, bu bölgənin əl sənətləri çox gözəl idi. Dağların, qayaların arasında tarixi türk çadırlarının qurulması əla alınıb. Hələ güləş yarışlarımız da olacaq.
Düşünürəm ki, hər kəs çox gözəl zaman keçirdi. Bu tədbirlər tarixi ənənələrimizin yaşadılması baxımından mühüm əhəmiyyət kəsb edir. Bizlərin məqsədi sadəcə nostalji hisslər yaşamaq deyil, kimliyimizi yaşatmaqdır”.
ƏLAQƏLİ
Aydın Mirzəzadədən məktəbli geyimi ilə bağlı açıqlama: Milli ənənələr nəzərə alınıb
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026
