Bayram günü taksilərdə gedişhaqqı ikiqat artırıldı: bəs, qanun nə deyir?
Dekabrın 31-də Bakıda fəaliyyət göstərən taksi xidmətləri qiymətləri 2 qat qaldırıblar.
Musavat.com-un məlumatına görə, bu barədə sosial şəbəkələrdə xeyli şikayətlər yazılıb. Vətəndaşların şikayətləri əsasən elektron qaydada sifariş qəbul edən taksi şirkətlərindəndir. Bildirilir ki, qiymətlər baha olmaqla yanaşı sifariş etdiyi taksilər də vaxtında gəlməyib. Faktı təsdiqləmək üçün bir neçə taksi şirkəti ilə əlaqə saxladıq. Bildirildi ki, bayram günü yollarda tıxac olduğu üçün qiymətlərdə artım edilib və bu, günün pik saatlarında da eyni qayda üzrə tətbiq olunub.
Musavat.com-a danışan hüquqşünas Əsabəli Mustafayev bildirib ki, qanunla taksi fəaliyyəti ilə məşğul olan şəxslərin və ya bu fəaliyyəti təşkil edən şirkətlərin hər hansı bir tarifi müəyyənləşməyib: “Ona görə də taksilər bayram günlərində taksilər qiymətləri artırırlar. Məlum olduğu kimi bayramda bütün dövlət şirkətləri, özəl müəssisələr işçilərə ikiqat maaş ödəyir. Görünür bundan taksi kimi xidmətlər də istifadə edərək, gediş haqlarını ikiqat qaldırırlar. Eyni zamanda bu, sürücülərin özləri tərəfindən də təşəbbüs kimi qaldırıla bilər. Çünki bayram günü onlar da işləyirlər və yəqin ki, aşağı qiymət olarsa, evdən çıxıb maşın sürməyə həvəsləri olmaz. Bir növ şirkətlər də onları stimullaşdırmaq üçün qiyməti qaldırırlar”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Vilayət Eyvazov Seyfulla Əzimova yeni vəzifə verdi
Vilayət Eyvazov onu Lənkərana DYP rəisi TƏYİN ETDİ
Çimərliklərdə qiymətlər - VİDEO
Yenə küçəyə SMS-lə çıxacağıq - Məhdudiyyətlər tətbiq olunur+Video
Deputatın İsveçrədə faciəvi şəkildə ölən oğlu ilə yeni xəbər
Ölən süpürgəçinin qızlarına ev veriləcək