Başçının müavinindən villası ilə ağlı açıqlama - "Qaranquş deyilik ki, budaqda yaşayaq"
Şirvan şəhər icra başçısının müavini Elmira Ağayeva yayılan əmlakı ilə bağlı məsələyə münasibət bildirib.
Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini–İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elmira Ağayeva Unikal.org-a açıqlamasında bildirib ki, haqqında yazıldığı qədər əmlakı yoxdur:
“Biz nə sərçə, nə də qaranquş deyilik ki, budaqda yaşayaq. Qadınam, amma gəl kişiyana danışaq. Yaşamaq üçün hərənin bir evi olmalıdır. Bir evin fotosu düzgün çəkilib, o oğlumun evidir. 1995-ci ildə alınmış torpağın içində tikilib. O evin də həyətində oğlum qaloşla, potu ilə gəzir. Mənim iki oğlum var. Hazırda da onların himayəsində yaşayıram. Qonşuların darvazasını çəkmək hansı əxlaqa sığır? Qonşuların, pozğunların darvazasını çəkib, niyə mənim olduğunu, hətta salam vermədiyim adamın darvazasını çəkib, mənim adımı qeyd edirlər. Orda lazer epilyasiya yazılan salonu oğlum Yaşar adlı şəxsdən aylıq 200 manata icarəyə götürüb. Oğlum ali təhsilli ola- ola 14 ildir işləmədiyi üçün icarəyə götürüb. Oba market də mənim deyil, gəlinimindir. Kimsə tülkü kimi kiminsə ayağının altından keçibsə, kül o kişinin başına. O fotoları çəkən adam kameraya düşüb. Mən Şirvanda doğulub, yaşayan adamam. Mən balqabaq deyiləm. Karennoy Şirvanlıyam. Yeni başçımıza da bu məsələ ilə bağlı görüşüb, məlumat verdim. Mən həmişə dövlətə, xalqıma sözün düzünü demişəm. Həm iqtidarın, həm də müxalifətin sözünü demişəm. Düz mənim üçün həmişə düzdür”.


Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məlahət Abbasovanın AzTV-dəki verilişi bağlandı - Qalmaqal
Bakının mərkəzində, küçədə cinsi əlaqəyə girdilər - VİDEO 18+
Elina haqda film çəkiləcək
General Habil Məmmədova yeni vəzifə verildi
Düşmənin rəsmi açıqlanan itki sayı 1000-ə çatır
Rəis nöqsanlara görə işdən azad edildi - FOTO
Mövsümi kənd təsərrüfatı məhsulları bahalaşıbmı?