35 saylı Xətai üçüncü seçki dairəsindən millət vəkilliyinə namizəd, “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun seçki qərargahı bayram günlərində də fəaliyyətini davam etdirir. Xətai rayonu, Gəncə prospekti 34 ünvanında yerləşən qərargahda işçi qrup tərəfindən seçki platformasının hazırlanması, ərazinin problemlərinin, potensial seçici kütləsinin sosial durumunun öyrənilməsi, müəyyən olunmuş müddətə qədər təbliğat-təşviqat dövrünə hazırlıq, çap və elektron materialların hazırlanması istiqamətində iş aparılır. Həmçinin tanınmış ictimaiyyət nümayəndələri seçki qərargahına gələrək dəstək nümayiş etdirirlər.

Bu çərçivədə qərargahın növbəti ziyarətçiləri Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər, Vətəninfo.az saytının baş redaktoru Nahid Canbaxış, Azərbaycan Diasporu İnformasiya Mərkəzinin sədri Toğrul Allahverdili, eyni zamanda xanəndə Pərviz Qasımov olub.

Onlar Rauf Arifoğlunun namizədliyini dəstəkləyərək, parlamentdə onun kimi millət vəkillərinə ehtiyac olduğunu qeyd ediblər. Həmçinin seçki prosesində uğurlar arzulayaraq, hər cür yardıma hazır olduqlarını vurğulayıblar.