Baş Qərargah rəisi: "Azərbaycanın ərazisi, dəniz və hava məkanı etibarlı qorunur”
Bakı Qarnizonu hərbi hissələrinin şəxsi heyətinin, şəhid ailələri üzvlərinin və müharibə veteranlarının iştirakı ilə Təlim və Tədris Mərkəzində Azərbaycan Ordusu gənclərinin toplantısı keçirilib.
Bu barədə “Minval”a Müdafiə Nazirliyindən məlumat verilib.
Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Müdafiə nazirinin salamlarını və təbriklərini toplantı iştirakçılarına çatdırıb.
General-polkovnik K.Vəliyev qeyd edib ki, əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin iz buraxıb və bu siyasət hazırda Möhtərəm Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
ƏLAQƏLİ
Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə müvəffəqiyyət qazandı
Bildirilib ki, Prezidentimiz gənclərin bilik və bacarıqlarının təkmilləşdirilməsi, onların vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, habelə gənclər təşkilatlarının formalaşması və inkişafına böyük diqqət yetirir.
“Gənclərin hərbi xidmətə hazırlanması, onların milli-mənəvi dəyərlər əsasında, intellektual, fiziki və mənəvi tərbiyəsi dövlət başçımızın daim diqqət mərkəzindədir. Məhz Vətən sevgisi Azərbaycan gənclərini torpaqlarımızın işğaldan azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda gedən döyüşlərə qatılmağa sövq etdi”, – deyə Baş Qərargah rəisi bildirib.
O vurğulayıb ki, gənclərimiz Azərbaycan Ordusunda xidmət keçməkdən şərəf duyur və qarşıya qoyulmuş bütün vəzifələri ləyaqətlə yerinə yetirir: “Hərbi xidmətdə olan gənclərimiz cəmiyyətin aparıcı qüvvəsi olaraq, Vətən və xalq qarşısında öz müqəddəs borcunu dərindən dərk edir. Səngər və döyüş mövqelərində xidmət edən zabit və əsgərlərimizin yüksək peşəkarlığı sayəsində ölkəmizin ərazisi, dəniz və hava məkanı etibarlı qorunur”.
Sonda Müdafiə Nazirliyinin rəhbərliyi adından ordu gənclərinə xidmətlərində uğurlar və yeni nailiyyətlər arzulanıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məkkə Sazişi bölgədə yeni təhlükəsizlik dinamikası yaradır
Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə müvəffəqiyyət qazandı
Zakir Həsənov və Yaşar Gülər Şuşada görüş keçirdi
Azərbaycan ordusunda müasir artilleriya sistemləri lokallaşdırılır
Azərbaycan və Çin minatəmizləmə sahəsində əməkdaşlıq müzakirə edir
Azərbaycan, Türkiyə və Özbəkistanın birgə hərbi təlimi başa çatdı
Birliyin gücü - 2026 hərbi təlimində müşahidəçi günü keçirilib