Baş Prokurorluq mətbuat işçilərini təbrik etdi
Baş Prokurorluğun kollektivi 22 iyul – Milli Mətbuat Günü münasibəti ilə mətbuat işçilərinin peşə bayramını təbrik edib.
Məlumat görə, təbrikdə deyilir:
“22 iyul Azərbaycan Milli mətbuatı günü – Azərbaycan Milli mətbuatının yaradılmasının 145-ci ildönümüdür.
Azərbaycan Respublikasının Baş Prokurorluğu bu münasibətilə təbrik videoçarxı hazırlayaraq sosial şəbəkə səhifələrində yerləşdirmişlər. Təbrik mətnində isə bildirilir: “1875-ci ilin məhz bu günü Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin “Əkinçi” qəzetinin ilk nömrəsi çapdan çıxmışdır. “Əkinçi” qəzeti xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük rol oynamışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkəmizdə azad medianın inkişafı üçün hər cür şərait yaradılmaqla mətbu orqanların maddi-texniki bazası möhkəmləndirilmiş, jurnalistlərin sosial-iqtisadi vəziyyəti yaxşılaşdırılmışdır. Azərbaycan Respublikasının prokurorluq orqanlarının kollektivi adından peşə bayramı münasibətlə bütün mətbuat işçilərini təbrik edir, onlara məsuliyyətli, fədakar və şərəfli işlərində uğurlar arzu edirik”
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mətbuat Şurası Türkiyə mediasını məlumatları yoxlamağa çağırıb
İranın çirkin hicab oyunu: "Sahar Azəri" ifşa olundu
“Kim Milyoner Olmak İster” yarışmasında aparıcı dəyişikliyi
Karolin Leavit Fox news-da fəaliyyətə başlayır
ANS-in keçmiş işçisi MTV Azərbaycan-a direktor oldu
Azərbaycanda basketbol mövzusunda yeni xəbər portalı açıldı
Azərbaycan və Küveyt arasında media əməkdaşlığı genişləndirilir