Baş Prokurorluq Koronavirusla Mübarizəyə Dəstək Fonduna 857 min manat köçürdü
Azərbaycan Respublikasının Baş Prokurorluğu koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi və əhalinin sağlamlığının qorunması məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı 19 mart 2020-ci il tarixli Fərmanla yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 857 min manat məbləğində vəsait köçürüb.
Baş Prokurorluğun Mətbuat Xidmətindən minval.info-ya bildirilib ki, sosial həmrəylik nümayiş etdirən Respublika Baş Prokurorluğu, Respublika Hərbi Prokurorluğu və tabe rayon, şəhər prokurorluq orqanları işçilərinin könüllü istəyi ilə aylıq vəzifə maaşlarının 50 faizini təşkil edən həmin vəsaitin ianə verilməsi dövlət başçısının ölkəmizdə virusa yoluxma hallarının qarşısının alınması məqsədi ilə aparılan preventiv və profilaktik tədbirlərin gücləndirilməsi barədə çağırışına dəstək olaraq həyata keçirilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026