Baş nazir də, başqa məmurların da Qubada villaları var… - Vahid Əhmədov
“Azərbaycan hökumətinin hesabatında Bakı-Quba yolu ilə bağlı məsələnin həllinin tapması ilə bağlı məsələ qaldırdım”.
Bakupost.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov deyib.
Deputat bildirib ki, Baş nazir və digər şəxslərlə həmin iclasdan sonra da görüşüb:
“Bir daha bu tribunadan Baş nazirə müraciət edirəm ki, ya yolun təmiri, ya da alternativ yolun çəkilməsini təmin etsin. Mən Qubada idim, sakinlər artıq bu yoldan istifadə edə bilmirlər. Ümumiyyətlə, istər Baş nazirin, istər Baş nazirin müavinlərinin, digər nazirlərin Qubada villaları var. Onlar gedəndə o yolu görmürlərmi? Prezidentə çıxmadan Azərbaycanda bir sıra məsələlərin həlli mümkündür. Yəni bu yolun təmiri üçün göstəriş verə bilərlər”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026