Baş infeksionistdən əhaliyə müraciət - Koronavirusa yoluxanlar...
Bu gün COVİD-19-a yoluxan bəzi insanlar virusu ciddi qəbul etməyərək özünümüalicə ilə məşğuldurlar.
Minval.info Trend-ə istinadən bildirir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.
Onun sözlərinə görə, belə insanlar yalnız vəziyyətləri ağırlaşdığı-nəfəs darlığı yaranan zaman həkimə müraciət edirlər:
“Bəzi insanlar görürlər ki, ətrafındakı insanlar evdə qalmaqla, internetdən reseptlər götürməklə özlərini müalicə edirlər və onların səhhətində heç bir mənfi hal baş vermir. Lakin nəzərə alınmalıdır ki, virusa yoluxan insan risk qrupuna daxil ola, onda ağırlaşdırıcı halların baş verməsi mümkün ola bilər. Cavan-yaşlı olmasından asılı olmayaraq, orqanizmin xüsusiyyətlərinə uyğun olaraq, insanlar xəstəliyi ağır keçirə bilərlər”.
T.Eyvazov qeyd edib ki, özünümüalicə nəticəsində vəziyyəti ağırlaşmış insanlar xəstəxanaya daxil olduqları zaman onlara qarşı görülən müalicə tədbirləri effektiv olmaya bilər:
“Ona görə də əhalidən xahiş edilir ki, yoluxduqları ilk gündən həkimə müraciət etsinlər. Müalicələrini evdə etsələr belə, bunu həkim nəzarəti altında etsinlər”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Daha bir idarə rəisi işdən çıxarıldı
Doğuş zamanı daha bir körpə ölümü
20 Yanvar günü bu yollar bağlı olacaq
Sabaha gözlənilən hava proqnozu açıqlanıb
Bakıda itkin düşən 14 yaşlı qız tapıldı - FOTO-VİDEO
"Bundan sonra sahibkarların qapısını cəmi bir əl döyəcək"
Sabahın hava proqnozu açıqlandı