Baş həkimə akt tərtib olundu - İşi prokurorluğa göndərildi
Ekologiya və Təbii Sərvətlər və Daxili İşlər Nazirliklərinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.
Minval.info-nun məlumatına görə, Şamaxı rayonu ərazisində keçirilən reyd zamanı QAZ-52 markalı 06-BC-908 dövlət nömrə nişanlı avtomobilin yük yerində doğranmış ağac materialının daşınması faktı aşkar olunub.
Araşdırma zamanı ağacların Şamaxı rayon Mərkəzi Xəstəxanasının ərazisindən kəsildiyi məlum olub. Sözügedən əraziyə keçirilən baxış zamanı xəstəxananın həyətində yaş köküstə müxtəlif diametrli qovaq və yalanqoz ağacının kəsildiyi, dörd qovaq ağacının isə gövdə hissələrinin yandırılıldığı faktı aşkar olunub və təbiətə 3.000 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Faktla bağlı Şamaxı rayon Mərkəzi Xəstəxanasının baş həkimi Səməd Fətəliyev barəsində akt tərtib olunub.
Dəymiş ziyan cinayət tərkibi yaratdığından toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbir görülməsi üçün Şamaxı rayon Prokurorluğuna göndərilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabah"ın ev oyunları Bakı Olimpiya Stadionunda!
Bakı yollarında təmir: Sürücülərə yeni məhdudiyyətlər
Azərbaycan taekvondoçuları İsveçrədə gücünü sınayacaq
Gömrükdə milli valyuta ilə bəyan dövrü başladı
MİDA evləri mənzil bazarını ucuzlaşdırmayacaq!
Yasamalda mülkiyyət savaşı: Kərimovlar vs Mərdanova
Bakının tarixi binalarında icazəsiz dəyişikliklər aşkarlanıb