Baş(çı)sız qalan Neftçalanı kimlər idarə edir? – AÇIQLAMA
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Neftçala İcra Hakimiyyətinin rəhbər şəxsləri həbs edildikdən sonra rayonun necə və kimlər tərəfindən idarə olunduğu müzakirə mövzusuna çevrilib.
Barələrində 4 aylıq həbs qətimkan tədbiri seçilən rayonun icra başçısı İsmayıl Vəliyev, onun birinci müavini Vurğun Əkbərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, şöbə müdiri Anar Cəfərovun yerinə heç bir təyinat olmayıb.
Bəzi iddialara görə, tutulan şəxslərin yerinə təyinat olana qədər rayonu Prezident Aparatından göndərilmiş bir şəxs idarə edir. Başqa bir məlumatda isə İcra Hakimiyyətinin işlərinin müvəqqəti olaraq Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin Baş məsləhətçisi Elşən Əmirova tapşırıldığı bildirilir.
Məsələ ilə bağlı BakuPost-a açıqlama verən E.Əmirov xəbəri təkzib edib: “Mənə heç bir post tapşırılmayıb. Hazırda Baş məsləhətçi vəzifəmi yerinə yetirirəm”.
İcra Hakimiyyətinin işinə kimin rəhbərlik etməsi ilə bağlı suala isə belə cavab verib: “Mənim heç nədən xəbərim yoxdu. Bilmirəm kim idarə edir. Hələlik boş qalan postlara heç bir təyinat olmayıb”.
Qeyd edək ki, Cinayət işləri üzrə İsmayıl Vəliyev vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə faktlarına görə, Vurğun Əkbərov, Anar Cəfərov, Vüqar Nağıyev, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov və digərləri rüşvət alma və rüşvət vermə ilə bağlı faktlara görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə şübhəli şəxs qismində saxlanılıblar.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bölgələrə yeni avtobuslar verilir
Qərar verildi: Bu ərazidəki evlərin hamısı söküləcək
Yeddi ay boş qalan vəzifənin Eldar Əzizova həvalə edilməsinin səbəbləri
Sabahın hava proqnozu - Nazirlikdən xəbərdarlıq
Sinoptiklər yağış və külək vəd edir
Baş həkim işdən çıxarıldı
Bakının mərkəzində ağır qəza: yaralılar var