"Barselona"dan PSJ-yə daha bir transfer -
PSJ transfer bombasını partlatmağa hazırlaşır.
Minval.info fanat.az-a istinadən xəbər verir ki, Paris klubu “Barselona”dan İvan Raktiçi transfer etmək niyyətində olduğu bildirilir.
“El Mundo Deportivo”nun məlumatına görə, bu mövsüm Çempionlar Liqasını qazanmağı hədəfləyən PSJ-nin sahibi Nasir Əl-Xəlifə Neymardan sonra “Barselona”dan daha bir ulduzun transferi üçün hərəkətə keçib. Qətərli milyarderin Raktiç üçün “Barselona”ya 125 milyon avro təklif etdiyi bildirilir.
Qeyd edilir ki, xorvat ulduzu “Monako” da istəyir. Lakin PSJ-nin daha israrlı olduğu və artıq təklifini qarşı tərəfə təqdim etdiyi bildirilir.
Qeyd edək ki, Raktiç 2014-cü ildə “Sevilya”dan “Barselona”ya 18 milyon avroya transfer olunub. Hazırda “Transfermarkt”ın 50 milyon avro qiymət qoyduğu 30 yaşlı futbolçu ötən mövsüm oynadığı 55 rəsmi matçda 4 qol vurub və 5 məhsuldar ötürmə edib.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Arda Turandan etiraf: “Peşman deyiləm, amma səhv etmişəm”
Kərim Benzema Çempionlar Liqasında ən çox qol vuran 4-cü futbolçu olub
Makqreqor içki təklifini qəbul etməyən ağsaqqalı döydü - VİDEO
Azərbaycanda "Formula 1" ilə əlaqədar 10 min iş yeri açılır
UEFA "Qarabağ"a qarşı intizam işi açdı
Qələbədən sonra anası ilə rəqsi gündəm oldu - VİDEO
Salahı zədələyən Ramosa şok - 1 milyard avroluq təzminat