"Bankir Arif" "Azərbaycan bulvarı"nda saxlanıldı (FOTOLAR)
Türkiyənin Kahramanmaraş şəhərində “vətəndaşların duyğularını istismar edərək” dilənçilik edən “Bankir Arif” saxlanılıb.
Qaynarinfo-nun məlumatına görə, polis axtarış zamanı onun cibindən 3 saatda topladığı 1555 lirə pul aşkar edib və həmin vəsait müsadirə olunub.
55 yaşlı Arif Ağbaş şəhərin ən sıx yeri olan “Azərbaycan bulvarı”nda kasıb qiyafəsində dillənərək, “qazandığı” pullarla özünə var-dövlət yığıb. Məlum olub ki, o, yaşadığı Qaziantep şəhərində “Bankir Arif” ləqəbi ilə tanınıb. Arif Ağbaş dilənçiliklə əldə etdiyi pulları banka qoyur və əmlaka yatırım edirmiş. Buna görə də ona “Bankir Arif” ləqəbi verilib.
Yığdığı pullar müsadirə olunduqdan sonra əslən azərbaycanlı olan “Bankir Arif” polisin nəzarətilə yaşadığı Qaziantepə şəhərinə göndərilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyədə şok olay: Bələdiyyə sədrini keçmiş həmkarı öldürtdü?
Londonda Ukrayna səfirliyi mühasirəyə alındı, polis atəş açdı
İsrail koronavirus peyvəndi hazırlayır
2020-nin dünyanı silkələyən yanvarı...
Bir vaxtlar yer silirdi, indi 130 milyard dolları var - FOTOLAR