Bank sektorunda mobil xidmətlərin zəif olması nə ilə bağlıdır? - AÇIQLAMA
Mobil xidmətlərin bank sektorunda zəif olduğunu deməzdim, sadəcə bu hər bir bankın öz daxili proqram təminatı ilə əlaqədar ola bilər.
Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycan Banklar Assosiasiyasının (ABA) icraçı direktoru Yunus Abdulov vətəndaşın mobil xidmətlərin bank sektorunda zəif olması, axtarış və sorğuların çox gec cavablandırılması ilə bağlı sualını cavablandırarkən deyib.
O bildirib ki, burada vahid sistem yoxdur:
“Hər bir bank ayrılıqda özü üçün proqram təminatı hazırlayır. Bankların ümumiləşdirilmiş sistemi olmur, bu ayrı-ayrılıqda hazırlanır. Bu eyni zamanda bank mobil tətbiqlərinə də aiddir. Bir neçə ildir banklar innovativ işlər görür.
Bu kimi məqamlar hər hansı texniki problemlə bağlı ola bilər. Ümumilikdə hər bir bank istəyər ki, mobil tətbiqləri problemsiz işləsin və müştərilərinin müraciətləri qısa zamanda cavablandırılsın”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?