Balakəndə faciə: Yeni avtomobil, təcrübəsiz sürücü və dörd itirilmiş həyat
Balakən rayonunda baş verən və dörd nəfərin həyatını itirməsi ilə nəticələnən ağır avtomobil qəzasının detallarına aydınlıq gətirilib.
Minval.info xəbər verir ki, “Hunday” markalı avtomobili idarə edən 1997-ci il təvəllüdlü Məryəm Hoorsova, Balakən rayonunda bir bankın şöbəsində çalışırdı. O, iş yerinə getmək üçün Katex kəndindən yola çıxmışdı. Bu, onun ilk avtomobili idi və cəmi iki ay əvvəl almışdı. Yol boyu, o, marşrut avtobusu gözləyən həmkəndlisi, 1965-ci il təvəllüdlü Şərif Siracəddin oğlu Soltanovu görərək onu da maşınına mindirmişdi.
Yolda TIR yük maşınını ötmək istəyərkən, Məryəm qarşı hərəkət zolağına çıxıb və “Toyota” markalı avtomobillə toqquşub. Ardınca KIA markalı avtomobil də bu toqquşmaya qoşulub.
Qəza nəticəsində “Hunday” avtomobilinin sürücüsü Məryəm Hoorsova və “Toyota”da olan sərnişinlər – 1974-cü il təvəllüdlü Pərvanə Zahid qızı Məmmədova və 1999-cu il təvəllüdlü Rəşad Yaşar oğlu Mütəllibov hadisə yerində həyatlarını itiriblər. “Toyota”nın sürücüsü 1975-ci il təvəllüdlü Yaşar Mahamarəsul oğlu Mütəllibov və Şərif Soltanov isə xəsarət alıblar. Y.Mütəllibov xəstəxanada dünyasını dəyişib.
Əldə edilən məlumata görə, “Toyota”da olan Y.Mütəllibov və P.Məmmədova ər-arvad idi və Rəşad onların oğluydu. Ailə Balakəndən Goranboya qohumlarına dəvətnamə aparırdı. Qəzada həyatını itirən Rəşadın avqustun 28-də toyu olacaqdı.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım