Balakəndə faciəvi qəza: Ailənin itirdikləri və sağ qalanlar arasında həyat mübarizəsi
Balakən rayonunda baş verən ağır yol-nəqliyyat qəzasında daha bir nəfər həyatını itirib. Bu hadisə nəticəsində ailə başçısı da dünyasını dəyişib.
Minval.info xəbər verir ki, “Toyota” markalı avtomobildə olan 1975-ci il təvəllüdlü Yaşar Mahamarəsul oğlu Mütəllibov xəstəxanaya yerləşdirilsə də, orada vəfat edib.
Xatırladaq ki, Balakən rayonunun Katex kəndi yaxınlığında “Hyundai”, KIA və “Toyota” markalı avtomobillərin toqquşması nəticəsində 1974-cü il təvəllüdlü Pərvanə Zahid qızı Məmmədova, Məryəm Kamil qızı Hoorsova və 1999-cu il təvəllüdlü Rəşad Yaşar oğlu Mütəllibov hadisə yerində həyatını itirmişdi. 1975-ci il təvəllüdlü Yaşar Mütəllibov və 1965-ci il təvəllüdlü Şərif Siracəddin oğlu Soltanov isə ağır xəsarətlərlə xəstəxanaya çatdırılmışdı.
Qeyd edək ki, Y. Mütəllibov ailə başçısı, P. Məmmədova onun həyat yoldaşı, R. Mütəllibov isə onların övladı idi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım