12.08.2026 - 13:52
Maqazin 12 baxış

Balakəndə ailə faciəsi: Qəza bir ailənin həyatını sildi

Balakən rayonunda baş verən dəhşətli yol qəzası nəticəsində bir ailənin üç üzvü həyatını itirib. Hadisə zamanı Məryəm Hoorsova, Yaşar Mütəllibov, Pərvanə Məmmədova və Rəşad Mütəllibovun həyatına son qoyulub.

Minval.info xəbər verir ki, qəza nəticəsində “Toyota” markalı avtomobildə olan 1975-ci il təvəllüdlü Yaşar Mahamarəsul oğlu Mütəllibov ağır xəsarətlərlə xəstəxanaya çatdırılsa da, orada həyatını itirib.

Xatırladaq ki, Balakən rayonunun Katex kəndi ərazisində “Hyundai”, KIA və “Toyota” markalı avtomobillərin toqquşması nəticəsində 1974-cü il təvəllüdlü Pərvanə Zahid qızı Məmmədova, Məryəm Kamil qızı Hoorsova və 1999-cu il təvəllüdlü Rəşad Yaşar oğlu Mütəllibov hadisə yerində dünyasını dəyişib. Həmçinin, 1965-ci il təvəllüdlü Şərif Siracəddin oğlu Soltanov da xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, vəfat edənlərdən Yaşar Mütəllibov ailə başçısı, Pərvanə Məmmədova onun həyat yoldaşı, Rəşad Mütəllibov isə onların övladı idi.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: