Balakənə "baqaj"da gələn sərnişin və avtomobilin sürücüsü cərimə edildi
Balakən rayonunda xüsusi karantin qaydalarını pozaraq avtomobilin yük yerində rayon ərazisinə icazəsi olmadan dostunu gətirən sürücü və həmin şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisindəki postda aparılan profilaktik tədbirlər zamanı Şəki şəhər sakini Anar Sadıqovun idarə etdiyi “Toyota” markalı avtomobil saxlanılıb.
Həmin nəqliyyat vasitəsinin yük yerinə baxış zamanı müvafiq icazəsi olmadan karantin qaydalarını pozaraq gizli şəkildə Balakənə gəlmək istəyən Şəki şəhər sakini Bəhlul Yusibov müəyyən edilərək saxlanılıb.
Hər iki şəxs barəsində Balakən Rayon polis Şöbəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək 100 manat miqdarında cərimə ediliblər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?