Balacarıdan ermənistana: Rusiya buğdası ilə dolu qatar yola çıxdı
Bu gün Balacarı stansiyasından Rusiya buğdası ilə dolu 14 vaqonlu yük qatarı Ermənistana doğru yola düşüb. Qatar, Azərbaycan ərazisindən keçərək Ermənistana çatacaq.
Minval.info xəbər verir ki, ümumi yükün çəkisi 979 ton təşkil edir. Qatar, Böyük-Kəsik dəmir yolu stansiyasından keçərək Gürcüstana, oradan isə Ermənistana yola düşəcək.
Bu günə qədər Rusiya ilə Ermənistan arasında Azərbaycan üzərindən 36 min tondan çox buğda, 9 min tona yaxın gübrə, 1 136 ton propan, 133 ton alüminium, 414 ton antrasit və 67 min ton taxta materialları daşınıb.
Bundan əlavə, Azərbaycandan Ermənistana təxminən 15 min ton dizel yanacağı və 5 min ton Aİ-92 və Aİ-95 markalı benzin ixrac edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026